Hüquq
19.03.2018 / 18:02

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

 Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

İnform.az Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəzərov Asif Zakir oğlu müəssisəyə daxil olarkən üzərinə və əşyalarına baxış keçirilən zaman corabının içərisində gizlətdiyi 0.328 qram narkotik vasitə - heroin aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 170