Baş xəbər, Hüquq
17.03.2018 / 11:12

“Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib- Lənkəranda(Foto)

“Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib-
Lənkəran şəhər mədəniyyət mərkəzində BDYP İdarəsi 11-ci Yol-Patrul Xidməti Alayının və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə, tədbirdə təhsil işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən BDYP İdarəsi Yol-Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov yol hərəkəti təhlükəsizliyinin qaydalarının təmin edilməsi barədə məlumat verib.

Yollarda rahat və təhlükəsiz hərəkətin təmini, qəzalarda insanların həyat və sağlamlıqlarını itirməsinin qarşısını almaq məqsədilə ictimaiyyət arasında profilaktiki tədbirlərin ardıcıl və davamlı şəkildə aparıldığını bildirib.

Qeyd olunub ki, keçirilən bu cür tədbirlərin əsas məqsədi sürücülər və piyadalar arasında yol və sürücülük mədəniyyətinin daha da artırılmasına, qaydalara daha diqqətlə və həssaslıqla yanaşılmasına nail olmaqdır.

Bu məsələyə hər kəs bacardığı qədər öz töhvəsini verməli, təhsil müəssisələrində, ictimai yerlərdə bu mövzuda tərbiyəvi maarifləndirici söhbətlər aparılmalıdır. Valideynlər yetkinlik yaşına çatmayan övladlarına avtomobil etibar etməməli, piyadalar isə öz sağlamlıqları və qəza hallarının baş verməməsi üçün yolu mütləq piyada keçidindən keçməlidirlər.

Çıxışlarda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları barədə təkliflər səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.

“Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib-


İnform.az

Baxış sayı: 277