Maqazin
17.03.2018 / 11:04

Ərəblər hansı agentliyi satın alırlar?

Ərəblər hansı agentliyi satın alırlar?
Səudiyyə Ərəbistanının Suveren Fondu məşhur şou biznes nümayəndələri ilə işləyən dünyanın ən böyük agentliyi “Endeavor”un səhmlərini almağa hazırlaşır.

İnform.az oxu.az-ın xəbərinə istinadən bildirir ki, ərəblər “Endeavor”un səhmlərinin 10 faizinə 400 milyon dollar vəsait ödəməyəcəklər.

Alqı-satqı müqaviləsi şəhzadə Məhəmməd bin Salman Əl Saidin ABŞ-a səfəri zamanı imzalanacaq.

Qeyd edək ki, şirkətin səhmlərini almaqla Səudiyyə Əərbistanı ABŞ-ın əyləncə sənayesinə daxil olacaq. Çünki “Endeavour” faktiki olaraq ABŞ kinosunun, musiqisinin, idmanının və mediasının ən uğurlu nümayəndələrini təmsil edir.

“The Wall Street Journal” yazır ki, şəhzadənin səfəri martın 19-da başlayır və iki həftə davam edəcək.

İnform.az

Baxış sayı: 38