Dünya, Hərbi
17.03.2018 / 10:44

ABŞ Senatında Rusiyanın S-400 ZRK-larının satışından narahatdırlar

ABŞ Senatında Rusiyanın S-400 ZRK-larının satışından narahatdırlar
ABŞ-ın 11 demokrat senatorundan ibarət qrupu Dövlət Departamentinə Rusiyanın S-400 zenit raket komplekslərinin satışına görə niyə sanksiyalar tətbiq olunmamasının şərh edilməsini istəyiblər.

İnform.az ordu.az-a istiandən xəbər verir ki, müraciətin mətni Senatın Xarici İşlər Komitəsinin baş üzvü Robert Menedesin saytına yerləşdirilib.

Müraciət ABŞ dövlət katibinin müavini Con Sallivana edilib. O, Reks Tillersonun gedişindən sonra müvəqqəti əsaslarla dövlət katibi vəzifəsini icra edir.

“Məktubu göndərərək Rusiyanın S-400 sistemlərini Türkiyə, Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və istənilən digər dövlətə satmasına dair məlumatı şərh etməyi, bu təchizata görə Moskvaya münasibətdə niyə sanksiyalar tətbiq olunmamasını izah etməyi xahiş edirik”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, müraciətə hələ cavab verilməyib.

İnform.az

Baxış sayı: 119