Dünya
17.03.2018 / 10:35

Kazanda sakinlər soyuqda qalıblar

Kazanda sakinlər soyuqda qalıblar
Kazanda 60 kvadrat metr sahəyə malik istixananın tavanı çöküb.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bu səbəbdən 2,7 min nəfərin istiliksiz qaldığı bildirilir.

Tavanın hansı səbəbdən çökməsi məlum deyil. Amma qəza bütün istixananın işini dayandırıb.

İnsident nəticəsində xəsarət alan olmayıb.

İstilik təchizat idarəsindən bildiriblər ki, evlərdə istiliyin axşam saat 18-ə qədər bərpa ediləcəyi planlaşdırılıb.

İnform.az

Baxış sayı: 51