Dünya, Siyasət
17.03.2018 / 10:14

Ərdoğan Stoltenberq və Poroşenko ilə Afrini müzakirə edib

Ərdoğan Stoltenberq və Poroşenko ilə Afrini müzakirə edibTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışığı edib.

Ordu.az-ın Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, danışıqlarda ilk öncə davam edən Afrin əməliyyatı və Türkiyə-Ukrayna əlaqələri olmaqla bir neçə mövzu müzakirə olunub.

Ərdoğan Stoltenberqə əməliyyat haqqında məlumat verərək, onun İŞİD əleyhinə döyüşə ziyan vermədiyini və əksinə terrorçulara qarşı müharibənin tərkib hissəsi olduğunu bildirib.

Əvəzində Stoltenberq bir daha Türkiyənin qayğılarını anladığını və hazırkı vəziyyətdə bir mövqedən çıxış etməyin əhəmiyyətini vurğulayıb.

Türkiyə prezidenti daha sonra ukraynalı həmkarı ilə danışaraq qarşılıqlı müdafiə, iqtisadi, ticari və turizm əlaqələrini müzakirə edib.

İnform.az

Baxış sayı: 166