Dünya, Hərbi
17.03.2018 / 09:15

Türkiyə ordusunun Baş Qərargahı xəbəri təkzib edib

Türkiyə ordusunun Baş Qərargahı xəbəri təkzib edibTürkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın şimalındaki Afrin bölgəsində xəstəxanaya aviazərbələrin endirilməsinə dair xəbərləri təkzib edib.

Inform.az Trend-in məlumatına istinadən bildirir ki, bu barədə Baş Qərargahın yaydığı bəyanatda deyilir.

Açıqlamada, “Zeytun Budağı” əməliyyatının mülki şəxslərə zərər verilmiyəcək şəkildə həyata keçirildiyi vurğulanıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 117