Hüquq
16.03.2018 / 20:00

Məhkumlar üçün psixoloji seminar-treninq keçirilib

Məhkumlar üçün psixoloji seminar-treninq keçirilib
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün "Ünsiyyət psixologiyası" mövzusunda seminar-treninq təşkil olunub.

Bu barədə İnform.az-a Pentensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı şəxsiyyətlərarası münasibətlərlə bağlı maarifləndirici söhbətlər aparılmış,məhkumlar tərəfindən verilmiş suallara ətraflı cavab verilib.

İnform.az

Baxış sayı: 138