Sosial
17.03.2018 / 09:00

Harda 700 manata alça satılır- Bakıda(Video)

Harda 700 manata alça  satılır-Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar.

Düzdür, market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır.

İnform.az xezerxeber-ə istinadən bildirir ki, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.

Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri-mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.

Satıcılar onu da qeyd ediblər ki, bayramdan sonra qiymətlər enə bilər.



İnform.az

Baxış sayı: 204