İqtisadiyyat
16.03.2018 / 18:15

"Bakı Baş Gömrük İdarəsi sabah tam iş günündə fəaliyyət göstərəcək"- DGK-nin məlumatı

 "Bakı Baş Gömrük İdarəsi sabah  tam iş günündə fəaliyyət göstərəcək"-20-26 mart 2018-ci il tarixlərində iş günü olmadığına görə 17 mart 2018-ci il tarixində Bakı Baş Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək.

İnform.az Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, qeyri-iş günlərində Bakı Baş Gömrük İdarəsinə idxalı gözlənilən və həmin günlər ərzində tez xarab olma ehtimalı yarana biləcək mallara görə gömrük ödənişlərinin Bakı Baş Gömrük İdarəsinə müraciət edilərək qabaqcadan ödənişin olduğu təsdiqlənərsə, qeyri-iş günlərində də qeyd olunan mallar sərbəst dövriyyə proseduruna uyğun olaraq gömrük rəsmiləşdirilməsinə buraxıla bilər.

İnform.az

Baxış sayı: 150