Elm-təhsil
16.03.2018 / 18:30

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib- FOTO

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib-
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Musa Səməd oğlu Alməmmədovun “Çoxparametrli məsələlərin spektrinin quruluşu və cüttərtibli diferensial operatorların izlərinin araşdırılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanınmüdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 55 işdə öz əksini tapıb.

Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Sonra iclasda Nailə Məmməd qızı Namazovanındissertasiya işinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.

Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib-


Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib-


Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib-



İnform.az


Baxış sayı: 154