Hüquq
16.03.2018 / 16:00

Sabitliyi qorumaq vəzifəsi

Sabitliyi qorumaq vəzifəsiNümunəvi xidməti ilə fərqlənən, fiziki hazırlıq və xidməti-peşə səviyyəsi yüksək olan polis əməkdaşlarından biri də Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Musa Yusifovdur.

Orta və peşə təhsilini rayonda aldıqdan sonra Almaniyanın Leypsiq şəhərində hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra Şabran RPŞ-nin PPX-də polis nəfəri kimi xidmətə başlayıb. Polis Akademiyasında ali təhsil alıb. Daha sonra müxtəlif vəzifələrdə çalışıb, öz nizam-intizamı, etik qaydalara riayət etməsi ilə daima digər əməkdaşlara nümunə olub.

Xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfərlərlə müxtəlif mükafatlara layiq görülüb.

Musa Yusifovun qardaşı Roman Yusifov Vətənimizin torpağları uğrunda gedən döyüşlərdə böyük sücaət göstərib. Naxçıvan, Sədərək istiqamətlərində gedən döyüşlərdə yaralansa da vətən sevgisi onu muharibə meydanlarından çıxara bilmir. Füzuli istiqaməində gedən döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Roman Yusifov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Musa Yusifov asayişin, sabitliyin qorunması üçün bundan sonra da bütün səy və bacarığını səfərbər edəcəyini bildirdi.

Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 148