Elm-təhsil
16.03.2018 / 14:08

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib- FOTO

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib-
AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunan “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” və “Naxçıvan uşaq folklorundan örnəklər” adlı fundamental kitab və monoqrafiyaların təqdimatı olub.

Bu münasibətilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Akademik müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində 15 ildən artıqdır ki, elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatların apardığını bildirib.

O, bölmədə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinintövsiyəsi, diqqət və qayğısıiləümumiləşdirici fundamentalkitablarınçap olunduğunu, elmi-tədqiqat işlərinin nəticələrinin respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü gördüyünü diqqətə çatdırıb.

2011-ci ildən etibarən bölmə əməkdaşlarının elmin müxtəlif istiqamətləri üzrə 20 beynəlxalq və respublika səviyyəli qrant layihələrində qalib gəldiyini xatırladan İsmayıl Hacıyev ötən illərdə qrant layihəsində iştirak etmiş əməkdaşlar layihənin yekunu olaraq 3 kitabın hazırladığını və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən çap olunduğunu bildirib.
Daha sonra akademik ölkədə müxtəlif elm sahələrində aparılan elmi-tədqiqatları dəstəkləmək məqsədilə Elmin İnkişafı Fondu tərəfindən elan olunan qrant müsabiqələri barədə söz açıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev rəhbərlik etdiyi qurumda qrant müsabiqələrinə təqdim edilən fundamental və tətbiqi xarakterli elmi-tədqiqatlardan danışıb. İctimaiyyətə təqdim olunan nəşrlərin əhəmiyyətindən, müasir dövr üçün aktuallığındansöz açan alim yeni kitabların çapdan çıxması münasibətilə müəllifləri təbrik edib.

Mərasimdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “I Kültəpə və onun ətrafındakı arxeoloji abidələrin tariximizin öyrənilməsi üçün əhəmiyyəti” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan uşaq folklorunun öyrənilməsində dəyərli bir töhfə” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirib ki, yeni nəşrlər dəyərli elmi əsərlər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan çoxsaylı tədqiqatların nəticələrini özündə əks etdirib. Belə ki, akademik İsmayıl Hacıyev, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev, Elman Cəfərli və Mehman Şabanovun həmmüəllifi olduqları “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri” adlı monoqrafiyadaBöyük Britaniya, Rusiya, Türkiyə və Azərbaycanın arxiv mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat materialları əsasında böyük dövlətlərin Cənubi Qafqaz siyasətində Azərbaycan, eləcə də Naxçıvanın yeri kimi məsələlər araşdırılıb. Bu mənbələrin bir qismi elmi dövriyyəyə ilk dəfə gətirilib.

Bölməsinin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 3 dildə (Azərbaycan, rus, ingilis) hazırladığı “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” adlı monoqrafiyada isə 2013-2014-cü illərdə I Kültəpə yaşayış yeri və onun ətrafında aşkar olunan yeni arxeoloji abidələr haqqında məlumat verilib. Qeyd olunub ki, Neolit, Eneolit və Tunc dövrünə aid yeni aşkar olunan arxeoloji abidələr Naxçıvanda qədim mədəniyyətlərin meydana gəlməsi və inkişafı ilə bağlı bir sıra məsələləri yenidən dəyərləndirməyə imkan verdiyi bildirilib.

Bütün sahələrlə yanaşı, muxtar respublikada folklor nümunələrinin toplanılması, nəşri və təbliği istiqamətindəki tədbirlərdən bəhs olunaraq məlumat verilib ki, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə, mərhum folklorşünas alim Rafiq Babayev və Şölə Əliyevanın həmmüəllifi olduqları “Naxçıvan uşaq folklorundan örnəklər” adlı kitabda isə laylalar, oxşamalar, mərasimlər, yanıltmaclar, deyimlər, tapmacalar, nağıllardan və sairlərdən bəhs olunur. Qeyd olunub ki, Naxçıvan bölgəsinə məxsus uşaq folkloru örnəkləri ilk dəfə toplu şəklində təqdim olunur.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev, Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək kitablar haqqında fikirlərini bölüşüb, müəlliflərin zəhmətini yüksək dəyərləndirərək onları təbrik ediblər.

Tədbirin sonunda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevçıxış edərək tarix və mədəniyyət abidələrimizin qorunması və dərindən araşdırılması daim diqqət mərkəzində olduğunu söyləyib. Arxeoloq alim Naxçıvan abidələrinin öyrənilməsi üçün əlverişli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fonduna, onun icraçı direktoru Elçin Babayevə və Bölmənin sədri, akademik İsmayıl Hacıyevətəşəkkürünü bildirib.

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib-


AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib-


AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib-



İnform.az

Baxış sayı: 59