Elm-təhsil
15.03.2018 / 19:13

İki İnstitutun birgə layihəsi- FOTO

İki İnstitutun birgə layihəsi-
AMEA Riyaziyyat və Mexanika İnstitutu Geologiya və Geofizika İnstitutu ilə birgə ölkənin mühüm sosial-iqtisadi, ictimai-mədəni məsələlərinin həllinə və onun müdafiə qüdrətinin artırılmasına yönəlmiş multidissiplinar elmi tədqiqat proqramları çərçivəsində tədqiqatlara başlayıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədqiqatların əsas məqsədi respublikanın müxtəlif geoloji şəraitə malik rayonlarında yerləşən geofiziki stansiyaların məlumatlarının emal olunmasından ibarətdir.

İlk olaraq radon qazının qatılığı, temperatur, rütubət və təzyiqin bir-birindən asılılığının, radon qazının həcmi aktivliyinin qısa, orta və uzun müddətli davamlı variasiyalarının və digər aspektlərin müasir riyazi üsullarla emalı nəzərdə tutulmuşdur.

Bu məqsədlə AMEA Riyaziyyat və Mexanika İnstitutunda Geologiya və Geofizika İnstitutunun əməkdaşları ilə bir neçə dəfə görüş təşkil olunub.

Mart ayının 13-dəRiyaziyyat və Mexanika İnstitutunda alınan ilkin nəticələrin müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir. Seminarda institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və institutun əməkdaşlarından riyaziyyat üzrə elmlər doktoru, dosent Rövşən Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Hilalə Cəfərova, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Dadaş Hüseynov, akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev, geologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Bağırlı iştirak etmişdir.

Seminarda aparılan tədqiqatlarla bağlı müzakirələr aparılmış, ilk elmi nəticələr müsbət qiymətləndirilmiş və elmi tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.

İki İnstitutun birgə layihəsi-


İki İnstitutun birgə layihəsi-


İnform.az

Baxış sayı: 251