İdman
15.03.2018 / 17:38

U-17-yə 24 futbolçu çağırıldı

U-17-yə 24 futbolçu çağırıldı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Ramin Quliyev yığmaya 24 futbolçu dəvət edib.

Komandamız matın 18-dən 23-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçular bunlardı: Vüsal Şabanov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Məhəmməd Əhmədov (“Vətən”), Danil Mojarovski (“Dinamo”, Moskva, Rusiya), Mahir Həsənov, Mubariz Sultanov, Emin Məmmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Nemət Musayev (“Kəpəz”), Abubəkir İbragimov (Mahaçqala), Fərid Muxtarov, Samir Abdullayev, İbrahim Novruzov (hamısı “Keşlə”), Mikayıl Kərimli (“Zirə”), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”), Elçin Qasımov (“Turan”).

İnform.az

Baxış sayı: 277