Dünya
15.03.2018 / 16:40

"Dilimiz yeni bir təhdidin təsiri altındadır" - Ərdoğan

"Dilimiz yeni bir təhdidin təsiri altındadır" -“Dil inqilabı adı altında dilimiz dadsız, duzsuz, rəngsiz bir hala gətirilərək öz kökündən qoparılıb”.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə Şeir və Hekayə müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

“Osmanlı türkcəsinin məktəblərdə tədris edilməsini əhəmiyyətli sayıram. Dilimiz yeni bir təhdidin təsiri altındadır. Burada hər kəsin üzərinə əhəmiyyətli vəzifə düşür.

Türk dilini Mehmet Ərsoy, Nəcib Fazil Qısakürək, Azərbaycanda Bəxtiyar Vahabzadə, İranda Şəhriyar qorumuşlar .

Tabletlərdə, yazışmalarda xarici kəlmələrdən istifadə edilməsi bütün sərhədləri aşıb.

Əslində bizim damarımız kəsilib. Bir millətin dil nöqtəsində bu damarı kəsdiyiniz anda ulu babası ilə ilə arasındakı bağları kəsmiş olursuz”, - deyə, Türkiyə prezidenti bildirib.

İnform.az

Baxış sayı: 195