Hüquq
15.03.2018 / 14:25

Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılar

Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılarGömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

İnform.az DGK-in Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn "Mercedes-Benz" markalı, 34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi Azərbaycan vətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə "sellofan rulon" adı altında 4 ədəd çanta bəyan edib. Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada "Sınıq Körpü" gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantalaraı gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib.

Nəticədə, hər bir çantada 50 rulon olmaqla, cəmi 200 rulon, hər bir rulonda isə 5 min ədəd olmaqla, cəmi 1 milyon ədəd - üzərində "Azərbaycan Respublikası", "Daxili istehsal", "Alkoqollu içkilər" sözləri yazılmış aksiz markaları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aşkar edilən aksiz markalarının saxta olduğunu müəyyən edib.

Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılar


Gömrükçülər bir milyon saxta aksiz markasını saxladılar


İnform.az

Baxış sayı: 192