Hüquq
15.03.2018 / 13:53

Gələcəyimizi düşünərək atılan addımlar

Gələcəyimizi düşünərək atılan addımlarDaxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, müəyyən səbəblərdən rayon mərkəzinə gələ bilməyən sakinlərin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Cəlilabad RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tədbirlərini davam etdirir.

Cəlilabadın Günəşli və rayonun ucqar yaşayış məntəqələrindən olan Qarakazımlı kəndlərində baş tutan növbəti tədbirlər zamanı ümumilikdə 156 nəfərin sənədləri qəbul edilib.

Belə tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Bu dəfə də polis əməkdaşları 7 sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların yaşadıqları ünvanlara gedərək müvafiq sənədləri toplayıblar.

Analoji tədbirlər digər kəndlərdə də davam etdirəcək.

Məhəmməd Rzayev/Polis leytetantı

Baxış sayı: 207