Hüquq
14.03.2018 / 18:40

Öyrənək ki, cinayətdən uzaq olaq

Öyrənək ki, cinayətdən uzaq olaq
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumta görə, Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta mətktəbində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis şöbəsinin əməkdaşları, icra nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

RPŞ-nin baş inspektoru, polis kapitanı, Taleh Abbasov insan alverinə qarşı aparılan mübarizə haqqında geniş məlumat verərək bildirib ki, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir.

O, ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında məlumat verərək qeyd edib ki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyənləşdirilib maarifləndirilməsi, cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda əksini tapıb.

Daha sonra çıxış edən icra nümayəndəsi Nicat Axundov Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və KİV nümayəndələrinin, eləcə də yerli və beynəlxalq tərəfdaşların aktiv iştirak etdiyini bildirib. O, qeyd edib ki, bu problemin aradan qaldırılmasında əhali, xüsusən gənclər arasında hüquqi maarifləndirmə işi xüsusi önəm daşıyır. Bu istiqamətdə aparılan tədbirlər öz bəhrəsini verir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 253