Hüquq
14.03.2018 / 18:20

polislər məkdəbliləri cinayətdən uzaq olmağı öyrədir

polislər məkdəbliləri cinayətdən uzaq olmağı öyrədir
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində yuxarı sinif şagirləri ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Gənclər və İdman Nazirliyinin Siyəzən rayon nümayəndələri, məktəbin pedaqoji və yuxarı sinif şagirdlərinin iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Qoşqar Kazımov bildirib ki, narkomaniya və onun törətdiyi faciələr haqqında hər bir gənc, xüsusən də məktəblilər geniş məlumata malik olmalıdır. Cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniyanın insan həyatına sağalmaz yaralar vurduğunu qeyd edən rəis müavini bu bəladan xilas olmaq üçün yeniyetmə və gənclər arasında geniş təbliğat işlərinin aparılmasının zəruriliyini bildirib.

RİH-nin YYÇ komisiyasının sədri Həsənağa Əliyev antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə keçirilən maarifləndirici tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırdı. Məhz belə tədbirlərin nəticəsidir ki, gənclərimiz məktəb vaxtlarından narkotik vasitələrin insan həyatı üçün yaratdığı bəlalardan xəbərdar olur və artıq özlərini müdafiə etmək gücünə sahib bir gənc kimi yetişirlər.

RPŞ-nin əməkdaşları polis baş leytenantı Fərahim Qasımov və polis leytenantı Kamran Muxtarov narkomaniyanın fəsadları barədə ətraflı çıxış edərək yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri aspektində diskusiya xarakterli məqsədyönlü, qabaqlayıcı ümumi profilaktiki söhbətlər aparırlar.

Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdlərə hədiyyələr təqdim edərək onlara təhsillərində uğurlar arzulayıblar.

polislər məkdəbliləri cinayətdən uzaq olmağı öyrədir


polislər məkdəbliləri cinayətdən uzaq olmağı öyrədir


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 326