Ədəbiyyat
15.03.2018 / 12:08

Qorxuram

Qorxuram
Etibar Vəliyev/Lənkəran


Qısa tanışlıq:

Etibar Babəli oğlu Vəliyev1963-cü il mayın 16-da Azərbaycan Respublikası Lənkəran rayonunun Ləj kəndində anadan olub.

Məktəb illərindən bədii yaradıcılıqla məşğuldu. Yüzlərlə müxtəlif mövzulu şeirlərin müəllifidir. İlk şeiri indiki “Lənkəran” qəzetində çap olunub.

“MƏŞƏL” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Həsən bəy Zərdabi"," Qızıl qələm" mükafatlarına layiq görülüb.



Ölümdən qorxmuram haqdan gələrsə,
Ölümdən öncəsi tərdən qorxuram.
Mərd ilə döyüşmək şərəfdir mənə,
Namərddən, böhtandan, şərdən qorxuram.

Bir könül qırandan, qəlbə dəyəndən,
Bu fani dunyada mənəm deyəndən.
Aslana, pələngə boyun əyəndən,
Dovşanla döyüşən nərdən qorxuram.


Dağların başında dumanam, çənəm,
Düşmənə düşmənəm, dostuma tənəm.
Bu şeşin, bu beşin ustadı mənəm,
Tez-tez qoşa verən zərdən qorxuram.

Kişilər dik baxıb kişi gözünə,
Kişilər söz deyib kişi üzünə.
Hərdəm inanmıram kişi sözünə,
Arvadından qorxan ərdən qorxuram.



İnform.az

Baxış sayı: 349