İqtisadiyyat
15.03.2018 / 10:34

“Azərbaycan Dəmir Yolları” Novruz bayramı ərəfəsində gucləndirilmiş rejimdə çalışacaq

“Azərbaycan Dəmir Yolları” Novruz bayramı ərəfəsində gucləndirilmiş rejimdə çalışacaqBayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

İnform.az
ADY-ın məlumatına istinadən xəbər veri ki, Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

İnform.az

Baxış sayı: 235