Ədəbiyyat
14.03.2018 / 21:00

“Pəncərə klubu” növbəti gecəsini Bahar bayramına həsr etdi- FOTO

“Pəncərə klubu” növbəti gecəsini Bahar bayramına həsr etdi-

Martın 13-də “Pəncərə klubu”nun 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramına həsr olunan növbəti gecəsi keçirilib.

“Muğam klub”da baş tutan tədbir simvolik olaraq “Keçmişə açılan pəncərə” adlanırdı.

Klubdan İnform.az-a verilən xəbərə görə, tədbirbə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adığözəlov, Ramiz Həsənoğlu, Təranə Muradova, Ayan Mirqasımova, müğənni Miri Yusif və başqaları iştirak edirdi. Gecəni Əməkdar artist Nərgiz Cəlilova açdı. O, iştirakçıları salamlayıb, tədbirin məhz “Yel çərşənbəsində” keçirilməsinin heç də təsadüfi olmadığınını bildirdi. Sonra söz “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Günel Anarqızına verildi.

G.Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məramından bəhs etdi. Bildirdi ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində internet resurslarında “Analar və qızları” adlı layihə təqdim edilib. Müxtəlif sahələrdə uğur qazanan 8 qadının və onların gənc qızlarına həsr edilən layihə elə ilk gündən 20 mindən çox baxışla izləyicilərin böyük marağına səbəb olub. İkinci layihə ziyalı və sənət adamlarının iştirakı ilə “Pəncərə klubu” tərəfindən çəkilib və hazırlanıb. Novruz bayramına həsr edilən “Dünya bir pəncərədir” adlı layihədə məşhurlar bayatı söyləyirlər.

Gecədə adıçəkilən layihənin təqdimat mərasimi keçirildi. Daha sonra “Pəncərə klubu”nun tərəfdaşı Access Bankın Korporativ Bankçılıq və Marketinq departamentlərinin rəhbəri Günay Cəlilova çıxış etdi. O, təmsil etdiyi təşkilatın xalqımızın qədim ənənələrini qoruyub saxlamasından danışdı.

Tədbirdə Xalq artistləri Aygün Kazımova və Mənsum İbrahimov çıxış etdilər. Gecədə, həmçinin Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Mehriban Zəki Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 80 illik yubileyi münasibətilə onun əsərlərindən parçalar səsləndirdilər. Daha sonra AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev yubilyarı təbrik etdi, yazıçıyla bağlı yaddaqlan və unudulmaz anlarını bölüşdü.

Təqdim olunan layihələrin iştirakçılarını bəzəyən “Azərbaycan kəlağayısı” şirkəti tədbirdə əsl bayram ovqatı yaşatdı.

Gecənin sonunda layihənin bütün iştirakçılarına “Pəncərə klubu”, Access Bank və “Azərbaycan kəlağayısı” adından bayram hədiyyələri təqdim olundu.

İnform.az

Baxış sayı: 983