Hüquq
14.03.2018 / 17:26

Narkomaniyaya yox deyək

Narkomaniyaya yox deyək
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə S.Zülfüqarov adına 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Şabran rayon nümayəndəsinin, məktəbin pedaqoji və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Şabran RPŞ-nin rəisi, polis polkovniki Əli Mərdanov ictimaiyyətin sosial-iqtisadi inkişafına ağır zərbə vuran və gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə hüquq muhafizə orqanları tərəfindən görülən tədbirlərdən danışıb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.

Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin “ağ ölümdən” qurtula bilmədiklərini, narkotik vasitələrinin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Bu sonu olmayan və insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görüb.
Tədbirdə erkən nigah və dini radikalizm mövzusuna toxunan RPŞ-nin baş inspektoru Eldar Ömərov cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verərək, belə halların savadsızlıq və dini mövhumat nəticəsində meydana gəldiyini vurğulayıb.

Tədbirin sonunda çıxış edən Gənclər və İdman Nazirliyinin Şabran rayon Şöbəsinin nümayəndəsi Musa Hüseynov narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər verib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Narkomaniyaya yox deyək


Nizam Həmidov/Polis leytenantı

Baxış sayı: 301