Hüquq
14.03.2018 / 16:55

Qobustanda avtomobil oğrusu tutulub

Qobustanda avtomobil oğrusu tutulubMartın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, avtomobil həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 201