Elm-təhsil
14.03.2018 / 15:35

Məktəblilər alimlərin qonağı olublar- FOTO

Məktəblilər alimlərin qonağı olublar-
Binəqədi rayonu 246 saylı tam orta məktəbin VI, VII və VIII sinif şagirdləri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar.

Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əalqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, elm və təhsilin inteqrasiyası sahəsindətəşkil olunan görüşdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

Fizika İnstitutunun alimləri bu elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məktəblilər alimlərin qonağı olublar-


Məktəblilər alimlərin qonağı olublar-


İnform.az

Baxış sayı: 291