Sağlamlıq
23.07.2015 / 15:44

Təhlükəli xəstəliyə qarşı tədbirlər

Təhlükəli xəstəliyə qarşı tədbirlər

Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən İnform.az-a bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.

Baxış sayı: 299