Texnologiya
14.03.2018 / 10:55

Dünyada ilk dəfə pilotsuz uçan taksi sınaqdan keçirilir

Dünyada ilk dəfə pilotsuz uçan taksi sınaqdan keçirilirYeni Zelandiyanin Kraysçörç şəhərində dünyada ilk dəfə olaraq pilotsuz uçan taksi sınaqdan keçirilir.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bu pilotsuz taksiyə "Cora" adı verilib. Nəqliyyat vasitəsi vertolyot kimi şaquli vəziyyətdə enə və qalxa, təyyarə kimi uça bilir.

"New Zealand Herald" qəzeti layihə üzərində işlərin 8 il davam etdiyini yazır. Layihəni hazırlayan "Zephyr Airworks" şirkəti uçan taksini qarşıdakı 6 il ərzində bazara çıxarmağı planlaşdırır.

Pilotsuz taksi iki sərnişini daşıya biləcək. Elektrik mühərrikə sahib bu nəqliyyat vasitəsi ətraf mühit üçün təhlükəsizdir.

İnform.az

Baxış sayı: 246