Sosial
13.03.2018 / 17:53

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib- FOTO

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib-
Lerik Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında RİH-nin başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 15-18-də Quba-Qusar-Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirib.

Məktəbliləri salamlayan icra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir.

Prezidentin tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə respublika üzrə ildə 2 dəfə olmaqla 7 istiqamət üzrə 8 tur-aksiya təşkil olunub. Bütün bölgələrin əhatə olunduğu bu tur-aksiyada 20000 nəfərə yaxın məktəbli iştirak edib. Hal-hazıradək Lerik rayonunun 189 nəfər məktəblisi Gəncə-Göygöl-Şəmkir, Quba-Qusar-Xaçmaz və Naxçıvan istiqamətləri üzrə tur-aksiyalarda iştirak edib. Digər şəhər və rayonlardan 1000 nəfər şagird tur-aksiyalar zamanı Lerikdə olub.

RİH başçısının müavini Arzu Vəliməmmədova tur-aksiya haqqında məlumat verərək bildirib ki, martın 15-dən start götürən tur-aksiyanın 9-cu mərhələsi çərçivəsində Lerikdən 40 nəfər şagird Quba-Qusar-Xaçmaz istiqamətində turda iştirak edəcək.

Görüşdə rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin şagirdi Nərmin Həşimbəyli, Lerik şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Niyazi Vəliməmmədov, Lüləkəran kənd tam orta məktəbinin şagirdi Əli Əlizadə və digərləri çıxışlarında bildiriblər ki, cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin ölkəmiz haqqında biliklərinin genişlənməsinə, dünyagörüşünün artmasına böyük təsir göstərir.

Bu layihə gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla, eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir. Layihə çərçivəsində məktəblilər ölkəmizin müxtəlif bölgələrinə səfərdən çox zəngin təəssüratla qayıdırlar. Bu tədbirlər həm təhsil işçiləri, həm də valideynlər tərəfindən razılıqla qarşılanır.

Görüşü yekunlaşdıran icra başçısı R.Bağırov bildirib ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunub, rayonun orta məktəblərində təhsil alan, nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilib.

Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və digər məsələlər müəyyənləşdirilib, qrup nəqliyyat vasitəsi ilə təmin olunub.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib-


“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib-


“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib-


“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaya qoşulacaq məktəblilərlə görüş keçirilib-



Ağaddin BABAYEV/Lerik

Baxış sayı: 201