Elm-təhsil
13.03.2018 / 17:35

“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs keçirilib

“Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda açıq dərs keçirilib

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusundanövbəti interaktiv açıq dərs keçirilib.

Bu barədə İnform.az-a bölmənin İnformasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovunapardığı dərsdəaktivləşmə enerjisi,reaksiyanın sürətinin hesablanması,reaksiyanın sürətinə təsir edən amillər, kimyəvi tarazlıq, tarazlığa təsir edən amillər barəsində şagirdlərə ətraflı məlumat verilib.

Qorxmaz Hüseynov çıxışında maddələrin bir-biri ilə molekullarındakı atomlar arasında kimyəvi rabitələrin qırılması və ya zəifləməsi halında reaksiyaya girdiklərini deyib. O, bu rabitələrin qırılması və ya zəifləməsi üçün müəyyən qədər enerji tələb olunduğunu söyləyib.

Reaksiyanın sürətinə təsir edən amillərdən də danışan alim bildirilib ki, aktiv maddələrin iştirakı ilə reaksiya böyük, passiv maddələrin iştirakı ilə reaksiya zəif sürətlə gedir.

Məlumat verilib ki, reaksiyanın sürətinin temperaturdan asılılığı Vant-Hoff qaydasına görə,xarici şəraitin (qatılıq, temperatur və təzyiq) tarazlığa təsiri isəLe-Şatelye prinsipi ilə müəyyən olunur.

Dərs zamanı video slayd vasitəsilə kimyəvi tarazlığın izahlı testləri şagirdlərin diqqətinə çatdırılıb.

İnform.az

Baxış sayı: 122