Maqazin
13.03.2018 / 16:57

Günelin budəfəki sevgilisi kimdir?

Günelin budəfəki sevgilisi kimdir?
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə həmkarı Orhan Ölmezin sevgili olması ilə bağlı xəbər yayılıb.

Inform.az oxu.az-ın xəbərinə istinadən bildirir ki, bu barədə “Bəyaz” TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında məlumat verilib.

Proqramın aparıcılarından Bircan İpek deyib ki, cütlük bir müddətdir eşq yaşayır.

Qeyd edək ki, Günel bundan öncə hazırda həbsdə olan tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. Zeynalova üçüncü sevgilisi Cem Ozandan isə ötən ilin noyabr ayında ayrılıb.

İnform.az

Baxış sayı: 854