Elm-təhsil
13.03.2018 / 15:18

BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda- FOTO

BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda-
Bakı Dövlət Universitetinin kimya fakültəsinin IV kurs tələbələri19 fevral 2018-ci il tarixindən etibarən bir ay müddətinə AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Bu barədə İnstititun ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumatda deyilir.

Məlumata görə, məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamandaistedadlı gənclərdə elmə maraq oyadaraq, gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.

İlk tanışlıq günündə tələbələr Aşqarlar Kimyası İnstitutunun yaranma və inkişaf tarixindən, əməkdaşlar tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər barədə məlumatlandırılıb.

Bundan başqa, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. TələbələrBDU-nun Kimya fakültəsinin institutda yerləşənAşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar.Qeyd edək ki, həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil olunur.

Tələbələr əsasən üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalardacihazlarıniş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar.

İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.

Qeyd edək ki, təcrübə müddəti mart ayının 19-da yekunlaşacaq.

BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda-


BDU-nun kimya fakültəsinin tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda-


İnform.az


Baxış sayı: 149