Dünya
13.03.2018 / 14:50

Türkiyə SQ Afrinin mühasirəsinə başlayıb

Türkiyə SQ Afrinin mühasirəsinə başlayıb
Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusunun dəstəyi ilə Afrinin mühasirəsinə başlayıb.

İnform.az-ın ordu.az-a istinadən xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

“Anadolu” agentliyi isə Afrinin mərkəzi ərazilərinin mühasirəsinin artıq martın 12-də başlanması barədə məlumat yayıb. Dünən minə yaxın dinc sakin Afrini tərk edib.

“Asharq Al-Awsat” nəşri isə YPG-nin Afrini tərk etməsi barədə məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bu gün yayılan məlumatında artıq Türkiyə ordusunun şəhərin girişində olan bütün önəmli mövqeləri ələ keçirdiyi bildirilir.

İnform.az

Baxış sayı: 133