İdman
13.03.2018 / 14:27

“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıbAzərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın ev matçının biletləri iki kateqoriyaya bölünüb.

Qarşılaşmanı VİP yerlərdən seyr etmək istəyənlər 5 manat ödəməlidisə, digər bütün sektorlara giriş 1 manatdı. Matçın biletləri 8-ci km qəsəbə stadionunun kassalarında və “Neftçi”nin arenanın ərazisindəki fan-şopunda satılır.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 18:00-da başlayacaq.

İnform.az

Baxış sayı: 125