Dünya
13.03.2018 / 13:57

İstanbulun yaşayış binasında partlayış baş verib

İstanbulun yaşayış binasında partlayış baş verib
İstanbulun Fatih rayonunda yaşayış binasında partlayış baş verib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, yaralananlardan biri azyaşlı uşaqdır.

Partlayışa səbəb qaz sızması olub. Partlayışdan dərhal sonra yanğın baş verib. Yanğının qarşısı alınıb.

İnform.az

Baxış sayı: 110