Maqazin
13.03.2018 / 08:00

Arda Turanın həyat yoldaşı ölən rəfiqəsindən yazdı- FOTO

Arda Turanın həyat yoldaşı  ölən rəfiqəsindən yazdı-
Xəbər verdiyimiz kimi Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn şəxsi təyyarə İranın paytaxtı Tehranda qəzaya uğrayıb.

Nəticədə 2-si pilot, 1-i stüardessa, 8-i sərnişin olmaqla 11 nəfər həlak olub.

İnform.az sfera.az-a istinadən bildirir ki, ölənlərdən Burcu Urfal məşhur futbolçu Arda Turanın dünən ailə qurduğu Aslıhan Doğanın rəfiqəsi olub.

Rəfiqəsi can verərkən baş verən faciədən xəbərsiz olan Aslıhan həyatının eşqi ilə həyatını birləşdirib. Qara xəbəri daha sonra alan Aslıhan bu gün şəxsi "Instagram" profilində rəfiqəsi ilə bağlı paylaşım edib.

Aslıhanın paylaşdığı foto:

Arda Turanın həyat yoldaşı  ölən rəfiqəsindən yazdı-


İnform.az

Baxış sayı: 553