Ədəbiyyat
12.03.2018 / 17:55

"Şair və Vətən"adlı şeir gecəsi keçiriləcək

"Şair və Vətən"adlı şeir gecəsi keçiriləcək"Xəzər Şeir Axşamları" adıyla hər il şeir gecəsi keçirtməyi ənənəvi hala gətirən Bakı Yunus Emre İnstitutu, 28 May 2018-ci il tarixinin Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü olması münasibətilə dil, tarix və gələcək müştərəkliyimizi bir daha vurğulamaq məqsədiylə 13 mart 2018-ci il tarixində, saat 19.00 -da, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanlı şeirsevərlərə Azərbaycan və Türkiyə ədəbiyyatlarından seçilmiş şeirlərdən ibarət "Şair və Vətən" adlı bir şeir gecəsi təşkil edəcək.

İnform.az Bakı Yunus Emre İnstitutunun məluymatına istinadən bildirir ki, Azərbaycandan tanınmış şeirşünas Sahura Quliyeva və Türkiyədən yeni türk ədəbiyatı ixtisası üzrə mütəxəssis Prof. Dr. Yaqub Çelik, Azərbaycan və Türkiyə şeirlərinin tarixi inkişafları haqqında məlumat verəcəkdir. "Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik" mövzularında seçiləcək şeirlərin profesyonal teatr sənətçiləri tərəfindən səsləndiriləcəği gecədə, Azərbaycan və Türkiyə ədəbiyyatlarında ortaya qoyulmuş, ədəbi dəyərə sahib nümunələrin və şairlərinin ədəbi ictimaiyyətdə tanınıb bilinməsinətövhə vermək və bu yolda iki cəmiyyət arasında mədəni bağları gücləndirmək məqsədi əsas tutulub.

Proqramın sonunda Bakı Bələdiyə Teatrının aktyor/aktrisaları tərəfindən kiçik bir tamaşa səhnəyə qoyulacaq

Gecədə, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab ErkanÖzoral, Millətvəkilləri, Şairlər və Aktyorlariştirak edəcəklər.

Heybələri vətən eşqi ilə dolu olan bütün seirseverlər dəvətlidirlər.

İnform.az

Baxış sayı: 253