Elm-təhsil
12.03.2018 / 15:48

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi beynəlxalq tədbirdə- FOTO

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi beynəlxalq tədbirdə-
07 -08 mart 2018-ci il tarixlərində Şəmkir və Gəncə şəhərlərində, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkil etdiyi “GCP/AZE/006 TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən “Orqanik / ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə KTN və FAO-nun nümayəndələri ilə bərabər, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rəhbəri prof. A.Babayev və əməkdaşları, GABA-nın rəhbərliyi və ekspertləri, Dünya Bankının nümayəndələri, müxtəlif kənd təsərrüfatı sahələri ilə məşğul olan ekofermerlər, iş adamları, istehsal müəssisəsinin rəhbərləri iştirak edirdi. Görüşdə məqsəd dünyada ekoloji kənd təsərrüfatının yeri, rolu, əhəmiyyəti, Respublikada vəziyyəti, potensialı, qanunvericiliyi və standartları haqqında məlumat vermək, maarifləndirmə işi aparmaq idi.

Mərkəzin rəhbəri professor A.Babayev ekoloji təmiz kənd təsərrüfatının elmi bazasının yaradılımasında ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rolu, faəliyyəti və apardığı təcrübələr haqqında geniş, ətraflı təqdimatla çıxış etdi, məlumat verdi. Görüş iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirdi.

Bu tədbir, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi beynəlxalq tədbirdə-


Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi beynəlxalq tədbirdə-


Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi beynəlxalq tədbirdə-


İnform.az

Baxış sayı: 208