İqtisadiyyat
12.03.2018 / 14:48

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunurAzərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

İnform.az ADY-ın məlumatına istinadən xəbər veri ki, bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 470 km dəmir yolu əsaslı təmir olunub.

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur


İnform.az

Baxış sayı: 180