Hüquq
12.03.2018 / 12:20

Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib

Dənizdə köməksiz qalmış balıqçılar xilas edilibDövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

İnform.az DSX-nın Mətbuat mərkəzindən verilən məlumata istinadən bildirir ki, 2018-ci ilin 09 mart tarixində Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərə­findən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti mən­tə­qəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilmişdir.

Sahil nəzarəti məntəqəsi tərə­fin­dən cənub istiqamətində xid­mətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanlaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülmüşdür.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilmiş, küləkli hava şəraitində yedəyə alınaraq sa­hilə çıxarılmışdır.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olmaları müəyyən olunmuşdur.

İnform.az

Baxış sayı: 157