Diaspora Akademiyası, Baş xəbər
12.03.2018 / 12:23

Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-

Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyi Misirin “6 Oktyabr” Universitetində keçirilən beynəlxalq festivalda təmsil olunub.

Festivalda 30 ölkənin səfirlik və diaspor nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan mədəniyyətini, incəsənətini əks etdirən nümunələr, eyni zamanda Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı soyqırımı və digər mövzularda Səfirliktərəfindən ərəb dilinə tərcümə edilərək çap olunmuş müxtəlif kitablar, jurnallar sərgilənib.

Səfirliyin ictimai məsələlər üzrə nümayəndəsi Məhəmməd Cuhəri və onun könüllülər qrupu Azərbaycan həqiqətləri və turizim potensialı haqqında ziyarətçiləri geniş məlumatlandırıblar. İki gün davam edən festival müddətində Azərbaycan stendini mindən çox insan ziyarət edib. İştirakçılara Azərbaycan haqqında kitab, jurnal və bukletlər hədiyyə olunub.

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədriS.Nəsirov tədbir çərçivəsində universitetin prorektoru, səfir Xeyrəddin Əbdüllətuf, professor Zəkrəiyyə Nasef və bir sıra xarici ölkə nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbayanın bölgədəki nüfuzündan, ölkəmizin Misirlə tarixi və indiki əlaqələrindən, Azərbaycan həqiqətlərindən, Xocalı soyqırımından, Azərbaycanın iqtisadi və turizm potensialından söhbət açan diaspor rəhbəri qarşı tərəfi maraqlandıran sualları da cavablandırıb.

Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-


Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-


Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-


Misirdəki Azərbaycan diasporu beynəlxalq festivalda-


İnform.az

Baxış sayı: 191