Hüquq
12.03.2018 / 12:16

Bakıda aptekdə qadın qadını bıçaqladı

Bakıda aptekdə qadın qadını bıçaqladıBiləcəridə aptekdə işləyən qadın həmcinsi tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, hadisə martın 10-da baş verib.

Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

İnform.az

Baxış sayı: 153