İdman
12.03.2018 / 11:33

Kapitandan ikiqat yubiley

Kapitandan ikiqat yubiley“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi Premyer Liqanın XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

Bu, Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludu. O, özünün 226-cı matçında buna nail olub.

Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.

Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.

İnform.az

Baxış sayı: 140