Sosial
12.03.2018 / 11:25

Kəmaləddin Heydərov Salyanda qəbul keçirəcək

Kəmaləddin Heydərov Salyanda qəbul keçirəcəkAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 15 mart 2018-ci il tarixdə Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

İnform.az FHN-in Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, qəbulda yalnız Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında 14 mart 2018-ci il tarixdə saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

İnform.az

Baxış sayı: 168