Baş xəbər, Hüquq
12.03.2018 / 09:00

"Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-ı “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə , əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

İnform.az


Baxış sayı: 170