Mədəniyyət
12.03.2018 / 08:00

Lənkəran teatrında uşaqlar üçün yeni TAMAŞA(Foto)

Lənkəran teatrında uşaqlar üçün yeni
Dünən Lənkəran Dövlət Dram Teatrında Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Qaraca qız və Xallı ifritə” adlı nağıl-tamaşanın premyerası olub.

Xeyirlə şərin mübarizəsindən bəhs edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, rəqslərin qurluşçusu Günel Abbaszadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Məktəblilər tərəfindən maraqla qarşılanan tamaşada əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Qızılgül Quliyeva, Emin Fərzullayev, Aysel Cahangirova, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Qeyd edək ki, Novruz bayramı günlərində oynanılacaq bu tamaşa məktəb yaşlı uşaqlara xoş anlar yaşadacaq.

Lənkəran teatrında uşaqlar üçün yeni


Lənkəran teatrında uşaqlar üçün yeni


Lənkəran teatrında uşaqlar üçün yeni


Lənkəran teatrında uşaqlar üçün yeni


Lənkəran teatrında uşaqlar üçün yeni


Lənkəran teatrında uşaqlar üçün yeni


Ağaddin BABAYEV/Lənkəran

Baxış sayı: 333