Sosial
10.03.2018 / 14:46

Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb

Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb
Azərbaycan jurnalistlərinin VII qurultayı öz işini yekunlaşdırıb.

Qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Həmçinin qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.

Beləliklə, MŞ-nin 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Trend.az

Baxış sayı: 153