Hadisə
10.03.2018 / 10:10

Polis mayorunu avtomobil vurub

 Polis mayorunu avtomobil vurub Abşeron rayonunun Xırdalan şəhərində yolu keçən polis əməkdaşını maşın vurub.

İnform.az "Report"-un xəbərinə istinadən bildirir ki, hadisə 1979-cu il təvəllüdlü Rüstəmov Xəyyam Yusif oğlu M.Hüseynzadə küçəsində yerləşən "Araz" marketin qarşısından yolun digər tərəfinə keçən zaman baş verib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis mayoru X.Rüstəmov Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi fəaliyyət göstərir.

Faktla bağlı sözügedən idarədə araşdırma aparılır.


İnform.az

Baxış sayı: 210