Dünya, Hadisə
09.03.2018 / 17:38

Erməni hərbçi qəza törətdi: Yaralılar var (Video)

Erməni hərbçi qəza törətdi:
Bu gün saat 12:00 radələrində Ararat vilayətinin İrəvan-Meğri yolunun 7-ci km-də Kərki (Tiqranaşen) kənd inzibati ərazisində Xankəndi şəhər sakini 24 yaşlı X. Arturun idarə etdiyi PB 6 M 900 (ՊԲ 6 Մ 900) nömrəli "Mitsubishi" markalı avtomobili və 26 yaşlı M. Henrik adlı şəxsin idarə etdiyi "Opel Astra" markalı 35 LG 669 nömrəli avtomobillər toqquşub.

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, qəza nəticəsində 3 yaralı Ararat rayon xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, qəzaya iri buynuzlu heyvanlar səbəb olub. Hərbi polis yaralıların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə araşdırma aparır.

Verilən məlumata görə, "Mitsubishi" markalı avtomobil qondarma qurumun hərbi hissələrinədən birinə məxsusdur.



İnform.az

Baxış sayı: 324