Diaspora Akademiyası, Elm-təhsil
09.03.2018 / 17:18

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə və Ayn Şəms universitetlərindən sonra əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az-a verilən məlumata görə, Universitetin Humanitar fənnlər fakültəsinin “Turk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir.Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizintarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədədə məlumat verilir.

Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 100 nəfərdən çox tələbə iştirak edir.Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dilid daha yaxşı mənimsəmək üçün dərsdən kənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər.

S. Nəsirov bu müraciət əsasın da tələbələr üçün yaxın vaxtlarda Qahirədəki diaspor mərkəzində Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.

Əl-Əzhər Universitetinin Humanitar fənnlər fakültəsinin məsul şəxsləri ilə görüşən S.Nəsirov Azərbaycan dilinin tədrisi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

O, həmçinin fakültənin kitabxanasına Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə dair kitablar,həmçinin, Ermənistanın təcavüzünü, 20 yanvar faciəsini,Xocalı soyqırımı əksetdirən jurnallar hədiyyə edib.

975–ci ildə təsis olunmuş əl-Əzhrə Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə birgə fəaliyyət göstərir.

İnform.az

Baxış sayı: 180